Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI


Digərləri 14 Noy 2017 18:15:00 290 0

Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.