Ceyranbatanda bir-birinə bitişik 2 ev yanıb


Digərləri 14 Noy 2017 18:18:49 199 0

Ceyranbatanda bir-birinə bitişik 2 ev yanıb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub.

Bakı. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.