Dövlət başçısı: “İqtisadi siyasətimiz mükəmməldir”


Siyasət 14 Noy 2017 17:24:17 41 0

Dövlət başçısı: “İqtisadi siyasətimiz mükəmməldir”

​“Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb”

“Ötən 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Prezident bildirib ki, bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb: “İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir: “Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.

Ərdoğan Putindən istədiyini əldə edə bildi? like
  • 14 Noy 17:17  
Siyasət Ərdoğan Putindən istədiyini əldə edə bildi?

"Türkiyə cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də So

arrow Ətraflı
"Qarabağ"a yeni sponsor gəlir? like
  • 14 Noy 17:16  
İdman "Qarabağ"a yeni sponsor gəlir?

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiy

arrow Ətraflı
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir like
  • 14 Noy 17:14  
Digərləri “Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

“Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edillən 8-ci Azərbay

arrow Ətraflı
Pərvin Rafetlə görüşdüyünü təsdiqlədi like
  • 14 Noy 17:12  
Şou-biznes Pərvin Rafetlə görüşdüyünü təsdiqlədi

Türkiyənin "Duymayan kalmasın" verilişində aktrisa Pərvin Abıye

arrow Ətraflı
Aİ nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri "Report" agentliyində olub like
  • 14 Noy 17:10  
Sosial Aİ nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri "Report" agentliyində olub

Denis Daniilidis agentliyin fəaliyyəti və kollektivi ilə tanış olub

arrow Ətraflı
Noyabrın 15-nə manatın məzənnəsi like
  • 14 Noy 17:08  
Digərləri Noyabrın 15-nə manatın məzənnəsi

Noyabrın 15-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Polşa və İsveç münaqişələrin həllinə kömək etməyə çalışır like
  • 14 Noy 17:08  
Dünya Polşa və İsveç münaqişələrin həllinə kömək etməyə çalışır

Polşa və İsveç xüsusilə "Şərq tərəfdaşlığı" regionunda m

arrow Ətraflı
İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb like
  • 14 Noy 17:06  
Dünya İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb

Təbii fəlakət 12 min bina və dövlət müəssisəsini dağıdıb

arrow Ətraflı
Türkiyədə xəstələri aparan avtobus aşıb - Xəsarət alanlar var like
  • 14 Noy 17:04  
Digərləri Türkiyədə xəstələri aparan avtobus aşıb - Xəsarət alanlar var

Türkiyənin Dənizli vilayətində şəkərli diabet xəstələrini aparan avto

arrow Ətraflı
Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi like
  • 14 Noy 17:04  
Digərləri Polis Şöbəsində saxlanılan şəxs özünə xəsarət yetirdi

Daşkəsən Rayon Polis Şöbəsinin Müvəqqəti saxlanma kamerasında saxlanı

arrow Ətraflı
Yeni Toyota Prado özünə heyran etdi  FOTO like
  • 14 Noy 17:00  
Digərləri Yeni Toyota Prado özünə heyran etdi FOTO

Ötən günlərdə "Sea Breeze"də yeni Toyota Prado-nun təqdimat mə

arrow Ətraflı
KİV: Telman İsmayılov Fransaya qaçıb like
  • 14 Noy 16:59  
Dünya KİV: Telman İsmayılov Fransaya qaçıb

Telman və Vaqif İsmayılovlar Antalyada "Mardan Palace" hotel kompleksində ye

arrow Ətraflı
Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI (ÖZƏL) like
  • 14 Noy 16:58  
Digərləri Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI (ÖZƏL)

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 y

arrow Ətraflı