Prezident: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq”


Siyasət 14 Noy 2017 17:14:30 244 0

Prezident: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq”

Dövlət başçısı bildirib ki, Azərbaycanın hərbi gücünün artırılması istiqamətində tədbirlər davam etdiriləcək

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın hərbi gücünün artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Aprel döyüşlərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu döyüşlər Azərbaycanın şanlı hərbi qələbəsidir.