Türkiyədə xəstələri aparan avtobus aşıb - Xəsarət alanlar var


Digərləri 14 Noy 2017 17:04:00 226 0

Türkiyədə xəstələri aparan avtobus aşıb - Xəsarət alanlar var

Türkiyənin Dənizli vilayətində şəkərli diabet xəstələrini aparan avtobus aşıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Dənizli vilayətində şəkərli diabet xəstələrini aparan avtobus aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbləri məlum deyil, hazırda qəzanın səbəbləri araşdırılır. Polis araşdırmalara başlayıb.