Bu gecə internet təminatında fasilələr yarana bilər


Digərləri 14 Noy 2017 16:56:00 219 0

Bu gecə internet təminatında fasilələr yarana bilər

Bu gecə internet təminatında fasilələr yarana bilər.

Son.az xəbər verir ki, "Bakı Telefon Rabitəsi" MMC-dən Trend-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.