Yeni Toyota Prado özünə heyran etdi FOTO


Digərləri 14 Noy 2017 17:00:00 412 0

Yeni Toyota Prado özünə heyran etdi  FOTO

Ötən günlərdə "Sea Breeze"də yeni Toyota Prado-nun təqdimat mərasimi baş tutdu.

65 illik geniş yolsuzluq mirası sayəsində Land Cruiser Prado keyfiyyəti, davamlılığı, etibarlılığı ilə seçilir. Dünyanın 190-dan çox ölkəsində Land Cruiser öz yolsuzluq göstəricilərinə görə ən güclü və ən etibarlı "4x4"lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olmuşdur.

Ölkəmizə nəzər saldıqda Toyota Prado avtomobillərinə olan maraq gözə çarpır. Yeni Land Cruiser Prado isə bir sıra innovativ funksiyaları ilə həm adi yolda, həm yolsuzluq şəraitində yerli alıcıların sevimlisinə çevriləcək.

Təqdimat mərasimi zamanı Toyota-nın Qafqaz üzrə prezidenti Mitsuru Konişi, Toyota Bakı Mərkəzinin marketinq müdiri Nərgiz Abbasova, Toyota Abşeron Mərkəzinin satış müdiri Elşən Əhmədov, Toyota Qafqaz MMC-nin Azərbaycan Respublikası üzrə nümayəndəsi Sabir Kazımzadə çıxış etdilər və qonaqları salamladılar.

Daha sonra avtomobilin üzərindəki örtük götürüldü və möhtəşəm görüntüsü ilə yeni Land Cruiser Prado qonaqlara təqdim olundu.


Xəbərə aid fotolar