Bank BTB illik 7% və sürətli sənədləşmə ilə 150000 manatadək İpoteka kreditləri təklif edir


Digərləri 14 Noy 2017 16:37:00 251 0

Bank BTB illik 7% və sürətli sənədləşmə ilə 150000 manatadək İpoteka kreditləri təklif edir

Şəxsi mənzil arzusunda olanlara Bank "BTB" ASC - dən yeni fürsət təqdim olunur. Belə ki, Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilən ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirmişdir. Bundan əlavə Bank BTB-dən ipoteka krediti əldə edən müştərilərə əmlak sığortası hədiyyə olunur.

Şərtlərə əsasən banka müraciət edən müştərilər 150 000 manatadək ipoteka kreditini 20% ilkin ödəniş etməklə 25 il müddətinədək əldə edib şəxsi ev sahibi ola bilərlər.

Bank "BTB" ASC-dən İpoteka krediti əldə etməyin əsas üstünlüyü rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Belə ki, tələb olunan sənədlər müştəri tərəfindən vaxtında təqdim edildiyi halda Bank cəmi 1 həftə ərzində ipoteka kreditini rəsmiləşdirir və alınacaq əmlakın alqı-satqısı həyata keçirilir.