Atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilmədi


Digərləri 14 Noy 2017 15:42:00 205 0

Atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Şirvan Apellyasiya Məhkəməsində Astarada atasını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

Son.az APA-ya itinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Dadaşov Xəlil Fərhad oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Qeyd edək ki, 2017-ci il mayın 8-də Astra sakini, Dadaşov Xəlil Fərhad oğlu atası, 76 yaşlı Dadaşov Fərhad Xəlil oğlunu təqaüd kartı üstündə əvvəlcə döyüb, sonra bıçaqlayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 120.2.9, 228.4 maddələri ilə təqsirləndirilən Dadaşov Xəlil Fərhad oğlu 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.