Serxio Ramos öz ampluasında birincidir


İdman 14 Noy 2017 15:38:00 299 0

Serxio Ramos öz ampluasında birincidir

"Real Madrid"in kapitanı Serxio Ramos "Goal.com" internet portalının versiyasında öz ampluasında ən yaxşı seçilib. Goal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Leonardo Bonuççi (Milan) və Dani Alveş (PSG) kimi həmkarlarını geridə qoyub. "Goal50" mükafatı hər il təqdim olunur. Saytın dünyada çalışan 37 əməkdaşı ilin ən yaxşı 50 futbolçusunu müəyyənləşdirir. Qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçulardan ən yaxşısı və "İlin futbolçusu" mükafatlandırılır. 2016-cı ilin ən yaxşısı Kriştianu Ronaldo seçilmişdi.