Günel nişanlısının şirkətindən çıxdı,


Şou-biznes 14 Noy 2017 14:01:00 324 0

Günel nişanlısının şirkətindən çıxdı,

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova uzun müddətdir şəxsi həyatı ilə bağlı heç bir açıqlama vermir

.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqram səhifəsində etdiyi paylaşımla bütün suallara cavab verib.

Nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə də toxunan Günel yeni qərar aldığını bildirib:

"Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. "Torunlar Ajans" və orada çalışanlarla bütün əlaqəmi kəsdim".

Günel eyni zamanda yeni şirkət açdığını da deyib:

"Bu gündən bütün tədbirlərimi öz şirkətim olan "BYGNL" əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcək".