Daha 2 erməni hərbçisi döyüş postunda yaralandı


Digərləri 14 Noy 2017 13:22:00 286 0

Daha 2 erməni hərbçisi döyüş postunda yaralandı

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Son.az xəbər verir ki, bu məlumatı sosial mediada paylaşanın yazdığına görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bilidirilir.