Dəfələrlə həbs olunmuş narkoman yenidən saxlanıldı VİDEO FOTO


Kriminal 14 Noy 2017 13:11:00 284 0

Dəfələrlə həbs olunmuş narkoman yenidən saxlanıldı  VİDEO  FOTO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Astara rayon sakini Rüfət Qurbanov yaxalanıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib. İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və bitkini Astara rayonundan paytaxta gətirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar