İraqdakı Kürd Muxtariyyəti: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”


Dünya 14 Noy 2017 12:46:38 312 0

İraqdakı Kürd Muxtariyyəti: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”

Bunu İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti bildirib

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti mərkəzi hakimiyyətin sentyabrın 25-də muxtariyyətdə keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb. 

“Report” “ahaber”ə istinadən xəbər verir ki, muxtariyyətin hökuməti bununla bağlı bəyanat yayıb.

“Referendumun ləğvi haqqında qərara tabe olacağıq”, - deyə bəyanatda vurğulanıb.