Gürcüstan Nazirlər Kabinetinin 4 üzvü səlahiyyətlərinin icrasına başlayıb


Siyasət 14 Noy 2017 12:49:02 277 0

Gürcüstan Nazirlər Kabinetinin 4 üzvü səlahiyyətlərinin icrasına başlayıb

Nazirlər bu gün təyin olunduqları strukturların kollektivinə təqdim olunublar

Gürcüstan Nazirlər Kabinetinin 4 üzvü səlahiyyətlərinin icrasına başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlər Dmitri Kumsişvili, Mamuka Baxtadze, Mixail Çxenkeli və Qeorqi Qaxariya bu gün təyin olunduqları strukturların kollektivinə təqdim olunublar.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili maliyyə naziri Dmitri Kumsişvilinin iqtisadiyyat və davamlı inkişaf naziri, Mamuka Baxtadze maliyyə naziri, Mixail Çxenkeli elm və təhsil naziri, Qeorqi Qaxariya isə daxili işlər naziri vəzifələrinə təyin ediliblər. Eyni zamanda D.Kumsişvili Gürcüstan baş nazirinin birinci müavini, Q.Qaxariya isə baş nazirin müavini vəzifələrinə gətiriliblər. Onların əvvəlki səlahiyyətlərinə xitam verilib. 

Sərəncama əsasən, daxili işlər, elm və təhsil, maliyyə və iqtisadiyyat və davamlı inkişaf nazirlərinin səlahiyyətlərini icra edən müavinlər də nazir müavinləri təyin olunublar.