Nənənin üzündə nəhəng şiş yaranıb VİDEO FOTO


Digərləri 14 Noy 2017 12:07:00 306 0

Nənənin üzündə nəhəng şiş yaranıb  VİDEO  FOTO

Bu bəla dörd il əvvəl başladı. Sifətim şişdi, şişdi, bu hala düşdü.

71 yaşlı Edita Dadores dərdinə çarə axtarır. Dediyinə görə, sifətindəki nəhəng şiş sürəkli ağrılar verir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Filippindəki Puerto-Prinsess adasında yaşayan, 4 oğlu, 2 qızı, 16 nəvəsi olan Edita Dadoresin üzündə çox böyük şiş var. Dadoresin üzü dörd il əvvəl şişməyə başlayıb.

2015-ci ildə qadın cərrahiyyə əməliyyatına məruz qalsa da, problem həll olunmayıb. Əksinə, şiş daha da böyüməyə başlayıb.

Həkimlərin dediklərinə görə, Edita nənənin üzündəki şiş sinusit idi. Sinusit onun burun sümüklərini dağıdıb, böyük şişə çevrilib.

İndisə həmin şiş "burun şişi" kimi tanınan çevrilmiş papillomadır.


Xəbərə aid fotolar