Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar


Dünya 14 Noy 2017 11:53:37 235 0

Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar

Hadisə ilə bağlı cinayət işi açılıb

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. 

"Report" xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də,  hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir.