Bakı Şopinq Festivalının müddəti uzadıldı


Digərləri 14 Noy 2017 11:52:00 249 0

Bakı Şopinq Festivalının müddəti uzadıldı

Bakı Şopinq Festivalının müddəti uzadılıb.

Son.az xəbər verir ki, Azərbaycan Konqreslər Bürosunun rəhbəri Ülviyyə Mir-Qasımovanın Trend-ə verdiyi məlumata əsasən, İkinci Bakı Şopinq Festivalının müddəti daha 10 gün artırılıb.

Onun sözlərinə görə, festival noyabrın 25-dək davam edəcək:

"Ticarət obyektlərinin və alıcıların çoxsaylı xahişləri nəticəsində, ölkə rəhbərliyi Şopinq Festivalın müddətini artırmaq qərarına gəlib. Artıq noyabr ayının 15-nə kimi yox, 25-nə kimi Festival çərçivəsində təqdim olunan fürsətlərdən istifadə edə bilərsiniz".

Üzərində "Baku Shopping Festival-Tax-Free" nişanı olan mağazalardan toplam məbləği 100 AZN-dən yuxarı alış-veriş edən alıcılara ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Alış-veriş zamanı satıcı alıcıya elektron Vergi Hesab Fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir.