Müəllim cinsiyyətini dəyişmiş şagirdinə "qızım" dedi,


Digərləri 14 Noy 2017 11:40:00 218 0

Müəllim cinsiyyətini dəyişmiş şagirdinə "qızım" dedi,

İngiltərənin məşhur liseylərindən birində müəllim cinsiyyətini dəyişmiş şagirdə "qızım" dediyi üçün işdən qovulub.

Son.az publika.az-a istinadən xəbər verir ki, riyaziyyat dərsi zamanı dərsini yaxşı çalışan şagirdlərə "əhsən qızlar" deyən müəllim şagirdlərin iradından sonra üzr istəyib. 27 yaşlı riyaziyyat müəllimi Coşua Sutcliffe hadisədən 6 həftə sonra şagirdin valideyninin şikayəti əsasında işindən azad edilib.

Müəllim hadisə ilə bağlı bunları deyib: "Dərs zamanı kiçik anlaşılmazlıq yaşandı və mən dərhal üzr istədim. Bu məsələnin bu qədər uzadılmasını və mənim işdən azad olunmağımı tələb etmələrini anlamıram".