Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır


Digərləri 14 Noy 2017 11:49:00 254 0

Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır

Noyabrın 14-də Dövlət bankı Azər Türk Bank və ASAN School-un birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsi üzrə növbəti təlimlərə start verilir.  Bir ay ərzində həftədə iki dəfə keçiriləcək bu təlimlər "ASAN School" könüllülük proqramının biznes menecment istiqaməti üzrə reallaşdırılan "Master 2" pilləsidir.

Təlimlərin keçirilməsində məqsəd iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank sektoru ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclərə sertifikatlar təqdim ediləcək və ən aktiv iştirakçılar, ənənəvi olaraq, Azər Türk Bankın təcrübə proqramına cəlb ediləcəklər.