Bakıda avtomobillə vurulan iki piyada öldü


Digərləri 14 Noy 2017 11:22:00 226 0

Bakıda avtomobillə vurulan iki piyada öldü

Bakıda iki piyadanı maşın vuraraq öldürüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakının Sabunçu rayonu ərazisində Ramal Quliyev idarə etdiyi "Daewoo" markalı maşınla yolu keçən 1952-ci il təvəllüdlü Etibar Ağalarovu vurub.   Paytaxtın Binəqədi rayonunda isə "KamAZ" markalı qaldırıcı kran 1958-ci il təvəllüdlü Nazxanım Hacıyevanı vuraraq öldürüb.   Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.