Bu il ölən 3 modelimiz FOTO


Digərləri 14 Noy 2017 11:15:00 260 0

Bu il ölən 3 modelimiz  FOTO

Bu il gənc, gözəl və model kimi fəaliyyət göstərən 3 xanım dünyasını dəyişib.

Mili.Az axar.az-a istinadən xəbər verir ki, onlardan biri gənc yaşlarından modelliklə məşğul olan Leyla Orucludur. 22 yaşlı gözəl model 21 iyun tarixində liposaksiya (piy sovurma) əməliyyatı zamanı dünyasını dəyişib. İranlı cərrah Sirus Qoçxaninin əməliyyatından sonra reanimasıyaya yerləşdirilən model növbəti gün dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.

Bu il həyatını itirən digər gənc və gözəl model isə Günel Mirzəyevadır. Model 27 iyunda Bilgəh çimərliyində bataraq dünyasını dəyişib. G.Mirzəyeva "Miss Lafarella" internet müsabiqəsinin iştirakçısı olduqdan sonra məşhurlaşıb. Gənc model ölümündən sonra Lənkəranda torpağa tapşırılıb.

Modelin ən böyük arzusu uşaq dünyaya gətirmək olub. Hətta o, məşhurlaşdığı "Miss Lafarella" müsabiqəsinə qatılan zaman özü haqda anketdə ailə qurmaq və ana olmaq istədiyini də qeyd edib.


Xəbərə aid fotolar