Daha 2 məktəbli Avropa çempionatının qalibi olub (FOTO)


Digərləri 14 Noy 2017 11:01:00 222 0

Daha 2 məktəbli Avropa çempionatının qalibi olub (FOTO)

Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.

Bakı. Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib. Qaliblərə medal və diplomlar təqdim olunub. Çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb.