Bakıda daha bir yolun yenidən qurulması bitmək üzrədir FOTO


Digərləri 14 Noy 2017 10:45:00 240 0

Bakıda daha bir yolun yenidən qurulması bitmək üzrədir  FOTO

Bakının Suraxanı rayonunun Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən Son.az-a verilən məlumata görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. İndi yolun təkcə hərəkət hissəsinin eni 9 m təşkil edir.

Qeyd edək ki, sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı.

Artıq yolun asfaltlanmasına da start verilib və bu işlər də yekunlaşmaq üzrədir. Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1,5 km-lik hissədə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi də aparılır.

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək yağış barmaqlıqları və diametrli drenaj, həmçinin qrunt sularının ötürülməsi üçün suötürücü borular quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidlər qoyulub.


Xəbərə aid fotolar