Buffon millidən göz yaşları ilə ayrıldı


İdman 14 Noy 2017 09:46:00 290 0

Buffon millidən göz yaşları ilə ayrıldı

Goal.az xəbər verir ki, 39 yaşlı qolkiper "Skuadra Adzurra"nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib. Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm".

"Juventus"un qapıçısı Canluici Buffon İtaliya milli komandası ilə vidalaşıb.

İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya cavab oyunundan qolsuz bərabərliklə ayrılıb.