Siyavuş Novruzov: "Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi"


Digərləri 14 Noy 2017 10:09:00 254 0

Siyavuş Novruzov: "Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi"

Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi.

Son.az Trend-ə stinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkədəki böhrandan sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi: "AXC-nin siyasi hakimiyyəti demokratik yollarla deyil, zorakı və qeyri-sivil metodlarla ələ keçirməsi, əslində, bolşevizmin açıq təzahürü idi. Kütlə psixologiyasının və kütləvi psixoz vəziyyətinin yaratdığı imkanlardan yararlanan təsadüfi, idarəetmə təcrübəsinə malik olmayan şəxslərin siyasi hakimiyyətdə təmsil olunması çox keçmədən cəmiyyətdə özünün ağır fəsadlarını qabarıq şəkildə göstərməyə başladı".

S.Novruzov vurğulayıb ki, həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü: