"Taliban" döyüşçüləri ilə atışmada 22 hərbçi ölüb


Digərləri 14 Noy 2017 10:07:00 239 0

"Taliban" döyüşçüləri ilə atışmada 22 hərbçi ölüb

Əfqanıstanda "Taliban" hərəkatı üzvlərinin hücumu nəticəsində 20-dən çox hərbçi ölüb.

Bakı. Əfqanıstanda "Taliban" hərəkatı üzvlərinin hücumu nəticəsində 20-dən çox hərbçi ölüb. Trend-in məlumatına görə, Əfqanıstanın Qəndəhar vilayətində hərbçilər və "Taliban" döyüşçüləri arasında toqquşma təqribən 1 saat davam edib. Atışma nəticəsində güc qüvvələrinin ən azı 22 əməkdaşı həlak olub, 15-i yaralanıb. Hərbçilər 40 talibi zərərsizləşdirə bilib, 35-i xəsarət alıb.