İtaliyada terror aktı hazırlayan qadın deportasiya edilib
Dünya 14 Noy 2017 08:53:00 305 0
Milan şəhərində yaşayan misirli qadın hüquq-mühafizə orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğu öyrənildikdən sonra ölkədən deportasiya edilib.
Son.az Trend-ə istinadən bildirir ki, qadın İŞİD ilə əlaqə yaradıb və onlardan onu Suriyaya keçirmələrini istəyib. Yaranan çətinliklərdən sonra o, bu plandan imtina edib və İtaliyada terror aktı törətmək istəyib.
Məlumata əsasən, qadının evində axtarışlar aparılıb və qadın Suriyaya getmək niyyətində olduğunu etiraf edib.
Mənbə: milli.az