Sədərək Ticarət Mərkəzində kişi bıçaqlanıb


Digərləri 14 Noy 2017 08:26:00 226 0

Sədərək Ticarət Mərkəzində kişi bıçaqlanıb

Hadisə dava zamanı baş verib

Bakıda ticarət mərkəzində dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində baş verib. 1985-ci il təvəllüdlü Rzayev Raman Ədalət oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.