“Apple”ın bazar dəyəri 900 milyarda çatdı


Digərləri 14 Noy 2017 07:51:00 277 0

“Apple”ın bazar dəyəri 900 milyarda çatdı

"Apple" korporasiyası öz maliyyə ilinin dördüncü rübünə aid hesabatı açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkətin gəlirlərində 12% (52, 6 milyard dolar) artım qeydə alınıb. Xalis mənfəət isə 19% artaraq 10,7 milyard dollar təşkil edib.   Rüblük hesabatın açıqlanmasından sonra "Apple"ın səhmlərinin dəyəri 3,5% yüksələrək rekord həddə çatıb - 174 dollar. Bununla da korporasiyanın bazar dəyəri tarixdə ilk dəfə olaraq 900 milyard dollara çatıb. Bir qədər sonra səhmlərin qiyməti 173 dollara düşüb. "Bu nəticələr və "iPhone X" smartfonu ilə bağlı gözləntilər nəzərə alınarsa, trilyon dollarlıq bazar dəyəri o qədər də uzaqda deyil", - deyə GBH İnsights" analitiki Deniel Ayvz söyləyib. Trilyonluq bazar dəyərinə nail olmaq üçün səhmlərin qiyməti 194 dolları ötməlidir.   Dördüncü rübdə 46,7 milyon ədəd "iPhone" tədarük olunub, bu isə analitiklərin gözləntilərindən (46,4 milyon) bir az yüksəkdir. Lakin "iPhone" üçün orta qiymət proqnozlardan aşağı olub - 638$ yerinə 618 dollar. "Apple"ın satışlarının 55%-i (28,9 milyard $) "iPhone"ların payına düşür.   Dördüncü rübdə Çində satışlar 22,5% artaraq 9,8 milyard dollar olub. Hindistanda da satışlar ikiqat artıb.   "Apple" növbəti rüb üçün proqnozlarını da açıqlayıb. Şirkət gözləyir ki, gəlirlər 84-87 milyard dollar təşkil edəcək.