Magistrlər də güzəştli kreditlər ala biləcəklər


Digərləri 14 Noy 2017 07:57:00 313 0

Magistrlər də güzəştli kreditlər ala biləcəklər

"Maarifçi" Tələbə Kredit Fondu gələcəkdə magistr pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, fond gələcəkdə magistr pilləsi eyni zamanda, fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.

Fonddan qeyd edilib ki, hazırda təhsil haqqı üçün müraciətlərin üstünlük təşkil etdiyini nəzərə alaraq, kreditlərin bu istiqamətdə verilməsinə daha çox diqqət ayırıblar. Növbəti illərdən tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlər təqdim etməyi nəzərdə tuturlar.

Fonddan qeyd edilib ki, bu ildən başlayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim etməyə başlayıblar. 11 sentyabr - 13 oktyabr 2017-ci il tarixli elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.