Bu gün Avropa zonasından mundiala vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək


Digərləri 14 Noy 2017 07:16:38 143 0

Bu gün Avropa zonasından mundiala vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək

Qalib İrlandiya və Danimarka yığmaları arasında keçiriləcək görüşdə bəlli olacaq

Bu gün Avropa zonasından futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanacaq sonuncu komanda müəyyənləşəcək.

“Report” xəbər verir ki, qitənin son xoşbəxti İrlandiyanın paytaxtı Dublində “Aviva” stadionunda baş tutacaq dueldə bəlli olacaq.

Burada İrlandiya və Danimarka yığmaları üz-üzə gələcək. Bu kollektivlər arasında Kopenhagendə keçirilən ilk matçda qolsuz bərabərlik qeydə alındığından cavab qarşılaşması gərgin mübarizə vəd edir edir.

Artıq 29 komanda mundiala vəsiqə qazanıb. Daha əvvəl meydan sahibi Rusiya ilə yanaşı, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Misir, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş, Tunis, Xorvatiya, İsveçrə və İsveç bu hüquqa yiyələnib.

Digər iki vəsiqənin sahibi isə Avstraliya - Honduras və Peru - Yeni Zelandiya duellərindən sonra bəlli olacaq. Bu kollektivlər arasında ilk görüşlər noyabrın 15-də keçiriləcək.

Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

DÇ-2018

Avropa zonası, "play-off" mərhələsi, cavab oyun

14 noyabr

23:45. İrlandiya – Danimarka

İlk oyun – 0:0