Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması mümkün olacaq


İqtisadiyyat 14 Noy 2017 07:07:18 326 0

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması mümkün olacaq

Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarına növbəti dəyişiklik edilib

Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarına növbəti dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə sənədi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Dəyişikliyə görə, daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınması mümkün olacaq.