Rumıniyada sərxoş keşiş avtomobil ilə 8 maşını və piyadanı vuraraq hadisə yerindən qaçıb


Dünya 14 Noy 2017 06:58:23 245 0

Rumıniyada sərxoş keşiş avtomobil ilə 8 maşını və piyadanı vuraraq hadisə yerindən qaçıb

Piyada aldığı yaralardan hadisə yerində keçinib

Rumıniyanın Qalats qəzasında keşiş öz maşını ilə 8 avtomobili, ardınca 1 piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, piyada aldığı yaralardan qəza yerində dünyasını dəyişib.

Polis keşişi yaxalaya bilib. Alkoqol sərxoşluğunu təyinetmə zamanı onun qanında 1,34 promille spirt aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, keşiş vəzifəsindən kənarlaşdırılıb.