Putin və Ərdoğanın mətbuat üçün bəyanatı zamanı tərcümə problemi yaşanıb - VİDEO
Dünya 14 Noy 2017 05:49:33 310 0
Rusiya prezidenti dərhal vəziyyətdən çıxaraq tərcüməçini mikrafona dəvət edib
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, lakin Rusiya prezidenti vəziyyətdən dərhal çıxış yolu taparaq, tərcüməçini birbaş mikrafona dəvət edib.
Putin bəyanatın əvvəlində danışıqlar zamanı ikitərəfli münasibətləri, həmçinin Suriya problemini müzakirə etdiklərini deyib. O sonra əlavə edib ki, Rusiya və Türkiyə arasında əməkdaşlıq səviyyəsi demək olar ki, bərpa olunub, iki ölkə arasında ticarət dövriyyəsi 36 faiz artıb.
Bu zaman dövlət başçısına bildirilib ki, onun çıxışı sinxron tərcümə olunmur.
"Tərcümə yoxdur? Tərcümə ilə bağlı nə problem var?", — deyə o təşkilatçılardan soruşub.
"Tərcümə yoxdur? O zaman, bəlkə birbaşa tərcümə etsin, belə daha asan olar", — deyə o tərcüməçini mikrafona dəvət edib.