Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir


Dünya 14 Noy 2017 04:52:21 281 0

Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

"Ankara istərdi ki, Rusiya ilə ticarətdə mövcud məhdudiyyətlər aradan qaldırılsın".

“Report” xəbər verir ki, bunu Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ötən ay Kazanda hökumətlərarası komissiyanın iclası keçirildi. Biz məmnunluqla öyrəndik ki, iclas zamanı badımcan, pomidor, nar və digər kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının yüngülləşdirilməsi üzrə qərar qəbul olunub. Lakin biz istərdik ki, qalan digər məhdudiyyətlər də aradan qaldırılsın", — deyə Ərdoğan bildirib.