Buffon İtaliya yığmasında karyerasını başa vurub


Digərləri 14 Noy 2017 03:22:37 229 0

Buffon İtaliya yığmasında karyerasını başa vurub

İtaliya yığmasının qapıçısı və kapitanı Canluici Buffon yığma komandada karyerasını başa vurub

Bakı. İtaliya yığmasının qapıçısı və kapitanı Canluici Buffon yığma komandada karyerasını başa vurub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İtaliya yığmasının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, ötən gün İtaliya yığması İsveç yığması ilə DÇ-2018 "play-off" mərhələsində cavab oyunu keçiriblər. Oyun 0:0 hesabı ilə başa çatıb. Beləliklə, İsveç yığması DÇ-2018 vəsiqə qazanıb, İtaliya yığması isə son 60 ildə ilk dəfə Dünya Çempionatında iştirak etməyəcək. Qeyd edək ki, ilk oyun 1:0 hesabı ilə isveçlilərin qələbəsi ilə yekunlaşmışdı.