Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb


Sosial 14 Noy 2017 03:19:02 311 0

Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb

2015-ci ilin göstəricisi ilə müqayisədə gündəlik hasilat 699 min barel azalıb

Cari ilin oktyabr ayında Venesuelada neft hasilatı həcmi gündə 1,95 milyon barelə qədər azalıb ki, bu da bir ay əvvəlkinə nisbətdə 130 min barel azdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-in noyabr hesabatında qeyd olunub.

Bildirilir ki, ölkədə neft hasilatı son 28 ildə ilk dəfə olaraq sutkada 2 mln. bareldən aşağı düşüb. 2015-ci ilin göstəricisi ilə müqayisədə isə gündəlik hasilat 699 min barel azalıb.