Avstraliyada kişi ağac doğrayan maşının içinə düşərək ölüb


Dünya 14 Noy 2017 02:58:43 294 0

Avstraliyada kişi ağac doğrayan maşının içinə düşərək ölüb

Mərhum kişi təqaüdçüyə yolu ağac budaqlarından təmizləməkdə kömək etmək istəyib

Avstraliyanın Qimpi şəhərində kişi ağac doğrayan maşının içinə düşərək ölüb.

"Report" "9news" nəşrinə istinadən xəbər verir ki, mərhum kişi təqaüdçüyə yolu ağac budaqlarından təmizləməkdə kömək etmək istəyib, lakin iş zamanı ağac doğrayan qurğuya düşüb.

İlkin məlumata görə, insident polis tərəfindən bədbəxt hadisə kimi nəzərdən keçirilir.

Kişinin yanında işləyən dostları ona kömək etməyə macal tapmayıblar.

Faktla bağlı araşdırma aparılır.