"Brent" markalı neft dünya bazarlarında 63 dollardan yuxarı satılır


İqtisadiyyat 14 Noy 2017 00:57:16 342 0

"Brent" markalı neft dünya bazarlarında 63 dollardan yuxarı satılır

Şimal dəniz neft qatışığının yanvar fyuçersləri gün ərzində 0,7 faiz ucuzlaşıb

Dünya bazarlarında "Brent" markalı neftin bir bareli 63 dollardan yuxarı satılır.

“Report” xəbər verir ki, bu barədə ICE qitələrarası birjasının məlumatları deməyə əsas verir.

Bakı vaxtı ilə 22:55-ə olan məlumata görə, Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri hərraclar başlayandan 0,7 faiz aşağı düşərək bir barel üçün 63,13 dollara çatıb. Gün ərzində bu göstərici 63 dollardan da aşağı düşərək bir barelə görə 62,66 dollar təşkil edib.

WTI markalı yüngül neftin dekabr fyuçersləri hərracların əvvəlindən 0,1 faiz ucuzlaşaraq bir barel üçün 56,68 dollara bərabər olub.