Hansı böyrü üstə yatmaq daha faydalıdır?


Digərləri 13 Noy 2017 23:57:00 301 0

Hansı böyrü üstə yatmaq daha faydalıdır?

Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin "lehinə" və "əleyhinə" tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər belə nəticəyə gəliblər ki, bədənin sol tərəfi üstündə yatmaq daha faydalıdır.

Mütəxəssislərin rəyinə görə sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.

Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.