Putin: "Akkuyu" AES-nin birinci bloku 2023-cü ilə qədər istifadəyə veriləcək"


Dünya 13 Noy 2017 23:09:32 296 0

Putin: "Akkuyu" AES-nin birinci bloku 2023-cü ilə qədər istifadəyə veriləcək"

"Rosatom" yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamalıdır"

Rusiyanın "Rosatom" dövlət korporasiyası yaxın vaxtlarda Türkiyədə "Akkuyu" atom elektrik stansiyası (AES) layihəsinin həyata keçirilməsinə başlamalıdır.

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 4 saat davam edən danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün biz energetika sahəsində birgə layihələri müzakirə etdik. Bu, "Türk axını", Türkiyədə "Akkuyu" atom stansiyasının tikintisi məsələlərinə aiddir. "Rosatom" yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamalıdır. Bizim planımıza görə AES-in birinci bloku 2023-cü ilə qədər istifadəyə verilməlidir", - deyə Rusiya prezidenti bildirib.