Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü teztez...


Digərləri 13 Noy 2017 22:37:00 259 0

Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü teztez...

Yağlı dəridə qara nöqtələrin, sızanaqların yaranmasına daha çox rastlanır. Bəs bu tip dəriyə necə qulluq etmək lazımdır? Son.az ailem.az-a istinadən bununla bağlı bəzi məsləhətlər verir.

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox   Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.   Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin   Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.   Yağlı dərilər də nəmləndirici istifadə etməlidir   Yağlı dərilər də təmizləndikdən sonra nəmləndirilməyə ehtiyac duyur. Əks təqdirdə dəri nəmini itirərər. Buna görə yağlı dərilər üçün hazırlanmış nəmləndiricilərdən istifadə edin. Vazelin kimi çox yağlı kremlərdən uzaq durun. Dəri təmizlənərkən kisələnməməli, ovalanmamalı, barmaqlarla dairəvi hərəkətlərlə yuyulmalıdır.   Maska və pilinq   Hər dərinin ehtiyacı olduğu maska və pilinq fərqlidir. Həftədə bir və ya iki dəfə yüngül pilinq tətbiq edə bilərsiniz. Amma bu sayı artırsanız, dəriniz zərər görə bilər. Həmçinin dərini təmizləyəcək maskalardan da həftədə bir dəfə istifadə etməlisiniz.   Mütləq makiyajınızı silin   Hər gecə yatmazdan qabaq mütləq makiyajınızı silin. Təmizlədiyiniz dərini nəmləndirməyi də unutmayın. Əgər bunu mütəmadi təkrar etsəniz, dərinizin necə düzəldiyinin şahidi olacaqsınız.   Qidalanmaya diqqət edin   Yağlı, şəkərli qidalardan, fast fooddan uzaq durmalısınız. Su içməyi unutmamalısınız. Siqaret istifadə edirsinizsə, həm bədəninizə, həm də dərinizə verdiyi zərər nəzərə alaraq tərgitməlisiniz.   Dərinizə əl vurmayın   Sızanaq, qara nöqtələri əllərinizlə sıxmayın. Bu zaman həmin yerlərə mikrob sala bilərsiniz. Nəticədə dəridə daha ciddi problemlər yaranar. Bu cür neqativ hallarda isə həkimə müraciət etməyi unutmayın.