22 yaşlı oğlan əsgərliyə getməmək üçün NƏNƏSİ İLƏ... AĞLASIĞMAZ ADDIM


Digərləri 13 Noy 2017 22:24:00 320 0

22 yaşlı oğlan əsgərliyə getməmək üçün NƏNƏSİ İLƏ...  AĞLASIĞMAZ ADDIM

Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib.

Son.az bildirir ki, bu barədə "Ukrainskiye Vesti" qəzeti məlumat yayıb. Ukrayna qanunlarına görə, əlil, yaşlı, ümumiyyətlə himayəsində ciddi qayğıya ehtiyac olan insanlar varsa, bu zaman kişi hərbi qulluğa çağırılmır.

Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib.

"Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir.