Marsda şumerlərin yazısı olan disk tapıldı VİDEO


Digərləri 13 Noy 2017 22:14:00 349 0

Marsda şumerlərin yazısı olan disk tapıldı  VİDEO

Dünya alimləri tez-tez Marsın ölü planet olmaması haqda fikirlər dilə gətirirlər.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün bir xeyli araşdırmaçı, tədqiqatçı etiraf edir ki, Qırmızı planetdə həyat olub, hətta bəlkə indi də davam edir. Həm də söhbət hansısa bakteriyalardan deyil, bizdən dəfələrlə inkişaf etmiş şüurlu varlıqlardan gedir.

Boşuna deyil ki, bu uzaq planetə aid şəkillərdə ard-arda müxtəlif artefaktlar, heykəllər və ya heykəl parçaları, humanoid qalıqları, kosmik uçuş aparatları, hətta tam bir yerdənkənar sivilizasiyanın, yaxud marslıların şəhərlərini aşkar edirlər.

Bəs şumerlərin diski Marsa necə düşüb?

Ufoloq və virtual arxeoloqların çoxsaylı tapntıları hətta kifayət qədər konservativ elm adamlarının beynində də şübhə toxumları əkir. Buna misal olaraq ötən ayın sonunda alternativ araşdırmaçıların Marsda tapdıqları qayaya oyulmuş, üstündə qəribə yazılar görünən ideal dərəcədə düzgün formalı dairəni göstərmək olar. Tapıntı haradasa qədim şumer qravüralarının eynisidir. Bəs Cənubi Mesopotamiyanın qədim sakinləri Marsa necə ayaq aça, orada öz mədəniyyət nümanələrini saxlaya biliblər? Bəlkə haçansa marslılar Yerə uçub ilk insan sivilizasiyasına öz dillərini öyrədiblər?

Konspiroloqlar bu versiyanı istisna etmir.