Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək?


Digərləri 13 Noy 2017 22:08:20 276 0

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək?

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində apardığı yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb

Bakı. Samir Əli - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub. Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün. A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir: "Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".