Dünyada ən güclü kvant kompüter yaradılıb


Digərləri 13 Noy 2017 21:51:00 343 0

Dünyada ən güclü kvant kompüter yaradılıb

"IBM" şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb.

Mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirir. Bundan başqa, şirkət istifadəçilərə 20 kubit məhsuldarlığa malik "Quantum Experience" "bulud" servisindən yararlanmaq imkanı yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin məlumatına görə, "IBM" növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır.