Bill Geyts Altsheymerlə mübarizə üçün 100 milyon dollar bağışlayacaq


Dünya 13 Noy 2017 20:42:00 301 0

Bill Geyts Altsheymerlə mübarizə üçün 100 milyon dollar bağışlayacaq

"Microsoft" şirkətinin təsisçisi Bill Geyts "Altsheymer" xəstəliyi ilə mübarizə üçün 100 milyon dollar bağışlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə B.Geyts özü açıqlama verib.

O, 50 milyon dolları Londonda fəaliyyət göstərən və bu xəstəliklə bağlı araşdırmalar həyata keçirən "Dementia Discovery" fonduna, qalan vəsaiti müxtəlif startaplara təqdim edəcəyini deyib.