İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?


Digərləri 13 Noy 2017 20:33:21 210 0

İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?

Azərbaycanda kompüterlərin 21,14 faizi internet vasitəsilə yoluxma riskinə məruz qalır

Bakı. Hüseyn Vəliyev - Azərbaycanda kompüterlərin 21,14 faizi internet vasitəsilə yoluxma riskinə məruz qalır. Trend-in məlumatına görə, bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin 3-cü rübü üzrə “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir. Bu ilin birincü rübü ilə müqayisədə bu göstərici 7,3 faiz azalıb. Azərbaycan bu göstərici ilə 20 ölkə arasında 7-ci yerdə qərarlaşıb. İlk onluqda Belarus, Əlcəzair, Rusiya, Ermənistan, Moldova, Yunanıstan, Qırğızıstan, Özbəkistan və Albaniya yer alıb. İcmalda qeyd olunub ki, internet üçün ən təhlükəsiz ölkələr İran, Sinqapur, Puerto-Riko, Niger və Kuba hesab olunub.