Azərbaycanda içki, geyim və mebel istehsalı artıb


Digərləri 13 Noy 2017 20:09:00 282 0

Azərbaycanda içki, geyim və mebel istehsalı artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb, neft sektorunda isə 5,9 faiz azalıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalıb.